Ticarət mərkəzində silahlı atışmada həmyerlimiz 8 yerdən yaralanıb - Yeni detallar / VIDEO

Ticarət mərkəzində silahlı atışmada həmyerlimiz 8 yerdən yaralanıb - Yeni detallar / VIDEOXəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində, Sarıyer bölgəsində yerləşən ticarət mərkəzinin kafesində silahlı insident olub. Nəticədə 5 nəfər yaralanıb. Onlardan 4-ü Azərbaycan, 1-i İran vətəndaşıdır. Belə ki, yaralanan Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov, Qulam İbrahimov hazırda Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar.

Telexeber.az-ın məlumatına görə, dünən gecə saat 20:20 radələrində əvvəlcə 6 nəfərlik bir qrup kafeyə gəlib. Ardınca isə daha 10 nəfərlik bir qrupda digərlərinə qoşulub. Bir müddətdən sonra isə onlar arasında söz dueli silahlı insidentlə yekunlaşıb.

Azərbaycanlı Rakif Əliyev hadisə nəticəsində baldırından 8, Mahrec Kərimov isə 3 güllə yarası alıb. Eyni zamanda Qulam İbrahimov və Azər Amanov da ayağından yaralanıb.

İran vətəndaşı olan Səid Əlirza isə ayaq barmaqlarından yaralanıb.

Hazırda onların xəstəxanada müalicələri davam etdirilir.
Популярный ролик