ABŞ-da silahlı hücum: 14 nəfər yaralandı

ABŞ-da silahlı hücum: 14 nəfər yaralandıABŞ-ın Çikaqo şəhərində silahlı insident yaşanıb.

Telexeber.az xəbər verir ki, hadisə nəticəsində 14 nəfər yaralanıb. Bu barədə yerli polisin rəsmisi Erik Karter jurnalistlərə açıqlamasında deyib.
“14 yaralımız var, onlara şəhərin müxtəlif xəstəxanalarında tibbi yardım göstərilir. Onların vəziyyəti hələlik məlum deyil”, - deyə Karter bildirib.

Polis rəsmisinin sözlərinə görə, polis hələlik atışmada şübhəli bilinən bir nəfəri saxlayıb, insidentin motivi hələ ki müəyyən edilməyib.

Mənbə: bbc.com
Популярный ролик