Bakı metropoliteni işçilərinin peşə bayramı günü dəyişdirildi
- 20.09.2022, 08:44,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Telexeber.az xəbər verir ki, sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.
İndiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.
Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər günü kimi qeyd olunur.