Faciəvi şəkildə vəfat edən tələbənin atası müəllim imiş - FOTO
- 08.10.2022, 16:09,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədov vəfat edib.
Telexeber.az-ın məlumatına görə, əslən Masallı rayonundan olan Ş.Səmədov 2019-cu ilin buraxılış imtahanlarında ən yüksək nəticə (300 bal) toplayıb. O, Masallı şəhər 4 saylı orta məktəbdən məzun olaraq həmin il 685 bal toplayaraq UNEC-ə qəbul olunub. Prezident təqaüdçüsü idi.
Şəhriyar ailənin 3 övladından sonuncusu idi. Mərhumun atası Şahin Səmədli Masallı şəhər 4 saylı orta məktəbdə dil və ədəbiyyat müəllimi işləyir. O həm də jurnalist kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Şəhriyar Səmədovun intihar etdiyi bildirilir. O, Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb.