Bakıda xadimə işlədiyi evdən 28 min manatlıq oğurluq edib
- 08.10.2022, 16:26,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda evdən qızıl-zinət oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Telexeber.az-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki mənzillərin birindən cari il avqust ayının 20-dən oktyabr ayının 6-dək olan müddətdə 28.000 manat dəyərində qızıl-zinət əşyaların oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən Salyan rayon sakini İ.Həsənova saxlanılıb. Araşdırma aparılır.