Xırdalan və Sumqayıta metro xətti çəkiləcək? - RƏSMİ AÇIQLAMA
- 21.10.2022, 12:32,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının artıq tıxaclar şəhərinə çevrildiyi hər kəsə məlumdur. İnsanlar günün yarısını tıxaclarda keçirir.
Vətəndaşların hər gün işgəncə yaşadığı Bakı-Sumqayıt yolunda da eyni hal yaşanır. Səhər saatlarında şəhərə doğru, axşam saatlarında isə Sumqayıt yoluna doğru hərəkət iflic olur. Eyni hal Xırdalan dairəsində də yaşanır. Günün pik saatlarında insanlar uzun müddət tıxaclarda qalırlar. İctimai nəqliyyatdakı çətinliklər, yolların həddən artıq tıxaclarla yüklənməsi bu istiqamətlər üzrə hərəkəti iflic edir. Bəs sərnişinlər üçün daha əlverişli olan metro xəttinin çəkilməsi necə? Ümumiyyətlə, Sumqayıt, Xırdalana metro xətti çəkilə bilərmi?
"Bakı Metropoliteninin" mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Telexeber.az-ın sorğusuna cavab olaraq bildirdi ki, Sumqayıt və Xırdalana metro xəttinin çəkilməsi planlaşdırılmır:
"2011-ci ildə təsdiq olunmuş konseptual inkişaf sxeminə uyğun olaraq, həmin istiqamətlərdə metro xəttinin çəkilməsi hazırda planlaşdırılmır. Bu gün ən mühüm vəzifələrdən biri metropolitendə sərnişin sıxlığının tamamilə aradan qaldırılması, inteqrasiya olunmuş nəqliyyat sistemində ictimai nəqliyyatdan istifadə imkanlarının genişləndirilməsi, daha münasib şəraitin yaradılması, seçimdə ictimai nəqliyyatın üstünlük təşkil etməsi, həm də şəhərdə sosial-iqtisadi inkişafın şaxələndirilməsində də müəyyən rol oynayacaq xətlərin ayrılması layihəsinin həyata keçirilməsidir. Bu həm metropolitenin konseptual inkişaf sxeminə uyğun prioritetdir. Eyni zamanda Bakının bu gün üzərində fəal iş aparılan baş planında da xüsusi müzakirə olunub və layihə təsdiq olunduqdan sonra bu istiqamətində işlər aparılacaq".
Həmçinin oxuya bilərsiniz:
Bakı-Sumqayıt yolunun "ömür yeyən" tıxacı - Problem niyə həllini tapmır?
Bakı tıxac əlindən "nəfəs almır" - Vəziyyət getdikcə pisləşir