Azərbaycanda 14 yaşlı qızın toyunun qarşısı alındı - YENİLƏNİB

Azərbaycanda 14 yaşlı qızın toyunun qarşısı alındı - YENİLƏNİBGöyçay rayonu Çərəkə kəndində 14 yaşlı qızın toyunun qarşısı alınıb.

Telexeber.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O, qeyd edib ki, azyaşlının sabah toyu olması ilə bağlı facebook üzərindən Göyçay Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanan müraciət əsasında icra hakimiyyəti müvafiq komissiyası və Göyçay Polis şöbəsinin əməkdaşları tərəfindən erkən nikah faktı araşdırılıb və təsdiqini tapıb.

Hal hazırda ailə polis şöbəsinə dəvət edilib, onlarla profilaktik söhbətlər aparılır. Ailə isə buna toy yox,nişan adı qoyub.



14:06

Göyçay rayonun Çərəkə kəndində 14 yaşlı qızın valideynləri sabah toy etməyə hazırlaşır.

Telexeber.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O qeyd edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verib.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb.
Популярный ролик