Tez xarab olan aqrar məhsulların sürətli keçidi təmin olunacaq

Tez xarab olan aqrar məhsulların sürətli keçidi təmin olunacaq
Noyabrın 12-də Dövlət Gömrük Komitəsində kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarlarla görüş keçirilib.

Telexeber.az bu barədə Komitəyə istinadən xəbər verir.


Komitə rəhbərliyinin, Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə ixrac olunan kənd təsərrüfatı məhsullarının, xüsusilə tez xarab olan malların sürətli keçidinin təmin olunması, eləcə də meyvə-tərəvəz məhsullarının satışı zamanı konsiqnasiya rejimi ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin aktual məsələlər üzrə gömrük-biznes əməkdaşlığının daha da gücləndirilməsi, idxal-ixrac əməliyyatları zamanı qanunvericiliyin tələblərinə düzgün əməl olunması, könüllü riayət prinsipinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib.

Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Rusiya istiqamətində kənd təsərrüfatı məhsullarının daşınması üçün vaqonların sayını artırıb, çünki xurma, alma kimi məhsullar mövsümi xarakter daşıdığından şimal istiqamətində bu tipli daşımalarda artım qeydə alınıb. Həm yerli, həm də tranzit yük maşınları ilə bağlı yaranmış sıxlıqla əlaqədar dəmir yol nəqliyyatı ilə bu daşımalarda istifadə olunan qapalı vaqonlara olan tələbat artıb. Daşınma üçün əvvəlki dövrlərdə olduğu kimi ümumilikdə 358 vaqon cəlb edilib. Yaranmış sıxlıqla əlaqədar olaraq qısa zaman ərzində digər marşrutlarda istismar olunan 30 ədəd vaqon əlavə kənd təsərrüfatı məhsullarının daşınması üçün ayrılıb.
Популярный ролик