Azərbaycanın turizm rəsmisi CNN-ə müsahibə verib - VİDEO

Azərbaycanın turizm rəsmisi CNN-ə müsahibə verib - VİDEO“Avropa bazarı bizim üçün çox önəmlidir. Bu bazar üzrə fəaliyyətləri inkişaf etdirmək istiqamətində işlər görürük”.

Telexeber.az-a Turizm Agentliyindən verilən məlumata görə, bu haqda Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “CNN International” kanalına müsahibəsində bildirib.


Londonda keçirilən Dünya Səyahət Bazarı sərgisi çərçivəsində baş tutan müsahibə kanalın tanınmış jurnalisti Riçard Kvest tərəfindən götürülüb.

Müsahibə zamanı jurnalistin “Niyə Azərbaycan?” sualına cavab olaraq F. Zenqstşmid Azərbaycan təbiətinin gözəllikləri, müxtəlif iqlim tipləri, fərqli turizm təcrübələrin mövcudluğunu vurğulayaraq ölkəmizin zəngin mədəni və tarixi irsi haqqında məlumat verib.

Baş icraçı direktor əsas hədəf bazarları haqqında ünvanlanan sualla bağlı bildirib ki, hazırda qonşu ölkələrlə yanaşı, Yaxın Şərq, Cənub-Şərqi Asiya ölkələri, o cümlədən Hindistan və Pakistandan gələn turistlərin sayı artmaqdadır.

Dayanıqlı turizmin önəmindən danışan Florian Zenqstşmid Azərbaycanın turizmin təbliğatına başladığı ilk gündən bu istiqamətdə addımlar atdığını və turizm inkişafında əsas göstəricinin “yerli insanlar” və regionlar olduğunu bildirib.

Qeyd edək ki, Riçard Kvest “CNN” telekanalında “Quest Means Business”, o cümlədən “Business Traveller” proqramlarının aparıcısıdır.
Популярный ролик