Bakıda qadın taksi sürücüsünü özünə xəsarət yetirməklə şantaj edib

Bakıda qadın taksi sürücüsünü özünə xəsarət yetirməklə şantaj edibBakıda qadın taksi sürücüsünü özünə xəsarət yetirməklə şantaj edib.

Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə noyabrın 14-də Bakı şəhər sakini E.Cəfərzadənin taksi kimi idarə etdiyi “KİA” markalı avtomobilində qadın sərnişinin övladının xəstə və pula ehtiyacı olmasını deyib özünə xəsarət yetirərək onun üzərinə atacağı ilə hədələyib 1450 manat pulunu alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Şərur rayon sakini, əvvəllər də xuliqanlığa görə məhkum olunmuş Tünzalə Şəfiyeva müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.
Популярный ролик