Məşhur azərbaycanlı müğənnidə xərçəng aşkarlanıb? - FOTO / YENİLƏNİB

Məşhur azərbaycanlı müğənnidə xərçəng aşkarlanıb? - FOTO / YENİLƏNİBMüğənni Samir Bağırova xərçəng diaqnozu qoyulduğu ilə bağlı məlumat yayılıb.

Telexeber.az xəbər verir ki, məsələyə ilə bağlı Bizim.Media-nın əməkdaşı sevilən estrada ulduzu ilə əlaqə saxlayıb.


S.Bağırov haqqında yayılan məlumatın yalan olduğunu bildirib:

"Bu yalan xəbərdir. Bu xəstəliklə yaxından-uzaqdan heç bir əlaqəm yoxdur. Pis dillərə inanmayın. Ayağımda problem yaranmışdı.

Bir müddət ayağımın müalicəsi ilə məşğul oldum. Peşəkar həkimlərin sayəsində ayağım sağaldı. Hər şey qaydasındadır. Bir neçə həftədən sonra qarşınıza yeni layihələrimlə çıxacam".

22:37

Estrada ulduzu Samir Bağırova xərçəng diaqnozu qoyulub.

Telexeber.az olay.az-a istinadən xəbər verir ki, məşhur müğənnidə onkoloji xəstəlik bir neçə həftə əvvəl aşkarlanıb.

Sümük iliyi xərçəngindən əziyyət çəkən Bağırov hazırda həkim nəzarətindədir.
Məşhur azərbaycanlı müğənnidə xərçəng aşkarlanıb? - FOTO / YENİLƏNİB
Популярный ролик