Azərbaycanda dövlətə məxsus daha 33 avtomobil özəlləşdirilib
- 24.11.2022, 08:45,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 33 nəqliyyat vasitəsi satılıb.
Telexeber.az-a qurumdan verilən məlumata görə, hərracda Cənubi Koreya istehsalı olan avtomobillərə maraq böyük olub.
Belə ki, lot üzrə hərraca çıxarılan 24 ədəd "Hyundai İX-35" markalı avtomobilin ilkin toplam satış qiyməti 160 750 manat olsa da, edilən ən son təklif 182 min manata yüksəlib.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/32k9z2 ).
Bu ay üzrə növbəti hərraclar 29 və 30 noyabr tarixlərində keçiriləcək. Sadalanan tarixlərdə keçiriləcək hərraca ümumilikdə 4 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və 24 nəqliyyat vasitəsi çıxarılıb.