Bakıda atadan dəhşətli əməl: 2 yaşlı oğlunu...
- 24.11.2022, 10:02,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda kişi 2 yaşlı uşağını və qayınanasını bıçaqlamaqda şübhəli bilinir.
Telexeber.az-a DİN Mətbuat Xidmətindən bildirilib ki, Səbail rayonunda 2 yaşlı uşağın bıçaqlanması ilə bağlı bağlı polisə məlumat daxil olub.
Belə ki, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.