Naxçıvanın sabiq naziri xəstəxanaya yerləşdirildi

Naxçıvanın sabiq naziri xəstəxanaya yerləşdirildiHəbs edilən Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa buraxılıb.

Telexeber.az xəbər verir ki, bu barədə “Unikal”a Ə. Əhmədovun ailə üzvləri məlumat verib. Qeyd olunub ki, azadlığa buraxılan Əhmədov səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib.


Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə gün öncə “Unikal” sabiq daxili işlər naziri Əhməd Əhmədovun azadlığa buraxılması üçün Ali Məhkəməyə müraciət etdiyini yazmışdı.

Ə.Əhmədov Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham olunurdu.

O, 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsininin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Популярный ролик