Bakının Xətai rayonu, Zığ şosesi, 7-ci binada ağır vəziyyət yaranıb.
Telexeber.az "ATV xəbər"ə istinadən bildirir ki, həmin ünvandakı bina qəzalı vəziyyətdədir. Burada yaşayan 60 ailə binanın hər an çökəcəyindən ehtiyat edirlər.
Binanın aid olduğu 133 saylı MİS-dən verilən məlumata görə, həmin ünvanda yaşayan ailələrin mərhələli şəkildə köçürülməsi nəzərdə tutulub. Toxuculuq Kombinatının balansında olmuş bina söküləcək ünvanlar siyahısına salınıb.