Azərbaycanda tanınmış baş həkim ad günündə işdən çıxarıldı - FOTO

Azərbaycanda tanınmış baş həkim ad günündə işdən çıxarıldı - FOTOAzərbaycanın tanınmış həkimi, 15 saylı şəhər poliklinikasının baş həkimi Mürsəl Həmidov yaşı ilə əlaqədar təqaüdə göndərilib.

Telexeber.az baku.ws-ə istinadən xəbər verir ki, dekabrın 23-də onun əmri verilib, dekabrın 25-də isə 70 yaşı tamam olub.


Qeyd edək ki, Həmidov Mürsəl Lələkişi oğlu 1952-ci il dekabr ayının 25-də Laçın rayonun Lolabağırlı kəndində anadan olub. O, uzun müddət Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına baş həkimi vəzifəsində çalışıb. 2015-ci ildə Respublika Təcili Yardım Stansiyasının direktoru vəzifəsinə təyin olunub.

Bir il sonra isə təyinatı dəyişdirilib və 2016-cı ildən 15 saylı şəhər poliklinikasına rəhbərlik edib.

Onun yerinə Vahid İbrahimov təyin olunub. O, kollektivə təqdim edilib. V. İbrahimov 11 saylı Şəhər Poliklinikasının baş həkimi vəzifəsində çalışıb.
Azərbaycanda tanınmış baş həkim ad günündə işdən çıxarıldı - FOTO
Популярный ролик