Uşaqların immun sistemini gücləndirməyin birinci yolu onları stressdən qorumaqdır
- 02.03.2023, 08:54,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Uşaqların immun sistemini gücləndirməyin birinci yolu onları stressdən qorumaqdır.
Telexeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti terapevt Zakir Quliyev deyib. "Valideynlər uşaqların qidalanma və yuxu rejiminə diqqət etməklə yanaşı, onların açıq havada bol vaxt keçirmələrinə də fikir verməlidirlər. Çünki indiki dövrdə uşaqlar evdə televizor və ya kompüter qarşısında vaxt keçirməyə daha meyillidirlər. Bu da onlarda D vitamini çatışmazlığına, immun sisteminin zəifləməsinə səbəb olur".