"Günü 1 manata salonda işləyirdim" - Müğənni Aysel Əlizadədən ETİRAF
- 06.04.2023, 09:02,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Aysel Əlizadə illər öncə gözəllik salonunda köməkçi işləyib.
Telexeber.az xəbər verir ki, bu barədə Əlizadə “MTV xəbər”ə danışıb:
“Bir ara anama kömək etmək üçün gözəllik salonunda köməkçi işləmişəm. O zaman universitetdə problemim var idi. Çox çətin idi. Evdə hamıya kömək etməliydim. Yanımızdakı salonda işləmək istədim. Anama dedim ki, orada işləyim, heç olmasa, nə qazanıramsa, köməklik edim. Salondakı xanımın isə köməkçiyə ehtiyacı yox idi. Ürəyi ağrımışdı, mənə gündə bir manat verirdi. Bir manata saç kəsirdilər süpürürdüm. Əsas olan o idi ki, anama köməklik edim. O bir manat mənim üçün böyük pul idi və ilk qazancım idi”.