ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Aysel Əlizadə olub. Telexeber.az xəbər verir ki, Müğənni ailə qurmaq istəyindən danışıb: “Bütün cavan qızlar ailə qurmaq istəyir. Elə bir xanım yoxdur ki, ailə qurmaq istəməsin. Allah nəsib etsə, niyə də olmasın”.
Aysel nişanlı olması ilə bağlı yayılan şayiələrə açıqlama gətirib:
“Kim deyir ki, nişanlanmışam? Elə bir şey yoxdur. Yalansa doğru olsun. Həyatımda heç kim yoxdur”.