Almaniya atom stansiyalarından tam imtina etdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniyada son üç atom elektrik stansiyası – “İsar-2”, “Nekkarvestheim-2” və “Emsland” elektrik şəbəkəsindən ayrılıb.
Telexeber.az xəbər verir ki, bu barədə “Döyçe Velle” məlumat yayıb.
Məlumata görə, gecə saat 00:59 radələrində ən son Baden-Vyurtemberq federal torpağındakı “Nekkarvestheim-2” AES elektrik şəbəkəsindən ayrılıb.
“Nüvə enerjisinin riskləri son nəticədə idarəolunmazdır, ona görə də onun mərhələli şəkildə aradan qaldırılması ölkəmizi daha təhlükəsiz edir və nüvə tullantılarının daha çox yığılmasının qarşısını alır”, - Almaniyanın ətraf mühit naziri Şteffi Lemke bildirib.