Ukraynadan Krım körpüsünə hücumla bağlı açıqlama
Facebook
Вконтакте
Одноклассники
Google+
Krım körpüsünə hücum Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilib.
Telexeber.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” xəbər saytı Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrinə əsasən məlumat verib. Xəbərdə Krım körpüsünə hücumun pilotsuz uçan dəniz aparatlarının köməyi ilə həyata keçirildiyi bildirilib. Xəbər saytına danışan mənbə “Körpü dronlarla hücuma məruz qalıb. Körpüyə çatmaq çətin idi, amma nəhayət bunu etmək mümkün oldu” deyə bildirib.
Rusiyanın ilhaq etdiyi Krımın qubernatoru Sergey Aksenov təfərrüatları açıqlamasa da Krım körpüsündə fövqəladə vəziyyətin olduğunu və bu səbəbdən körpünün nəqliyyat vasitələrinin hərəkətinə bağlandığını bildirib.