ABŞ-dən "Taxıl sazişi"nin dayanmasına REAKSİYA - "Milyonlarla insana zərər verəcək"

ABŞ Rusiyanı Qara dəniz "Taxıl sazişi"ni ləğv etmək qərarına yenidən baxmağa çağırıb.

Telexeber.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodgenin yaydığı bəyanatda deyilir: Biz Rusiya hökumətini qərarını dərhal yenidən nəzərdən keçirməyə çağırırıq. Moskvanın qərarı ərzaq təhlükəsizliyini pisləşdirəcək və milyonlarla insana zərər verəcək".

Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.

Rusiya dünən Taxıl sazişi"dən çıxdığını bəyan edib.
Популярный ролик