"Taxıl sazişi"nə dair danışıqlar müsbət keçir - Peskov
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya və BMT arasında “taxıl sazişi”nin müddətinin uzadılması ilə bağlı aparılan danışıqlar məhsuldar keçib.
Telexeber.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov açıqlama verib. O bildirib ki, BMT ilə danışıqlar davam edir. Müzakirələr hələki müsbət keçir. Peskov Böyük Britaniyanın “Rusiya dünya iqtisadiyyatını zəiflətməyə çalışır və qidadan silah kimi istifadə edir” bəyanatına da münasibət bildirib. O qeyd edib ki, Rusiya əksinə qida tədarükünün ünvanlara çatmasına dəstək olur.