Türkiyə XİN rəhbəri İrana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 3-də İrana səfər edəcək.

Telexeber.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.


Səfər İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın dəvəti ilə baş tutacaq.

Məlumata görə, görüşdə iki dövlət arasında əməkdaşlıq, həmçinin cari regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.
Популярный ролик