45 yaşlı qadın 22-ci dəfə ana olacaq - FOTO
Facebook
Вконтакте
Одноклассники
Google+
İngiltərənin Morecambe şəhərində yaşayan cütlük 21-ci övladlarının dünyaya gəlməsini gözləyir.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Sue Radfort adlı qadın 21-ci hamiləliyini digərlərinə nisbətən rahat keçirdiyi üçün özünü şanslı hiss etdiyini bildirib. Bu günə kimi 22 dəfə hamilə qalan 45 yaşlı Sue Radfort adlı ana və 49 yaşlı Noel adlı ata bir övladlarının doğum zamanı həyatını itirdiyini deyiblər.
2004-cü ildə 10 otaqlı evə köçən cütlük İngiltərənin ən çoxuşaqlı ailəsi seçilib. Ailənin ən böyük uşağı 30 yaşındaykən ən kiçiyi isə 11 aylıqdır.
Sue Radfort bu hamiləliyinin artıq sonuncusu olduğunu, daha bir övladı istəmədiklərini bildirib.