Rusiyada seçkilərin son nəticəsi AÇIQLANDI

Rusiyada keçirilən prezident seçkilərində hazırkı prezident Vladimir Putin liderdir.

Telexeber.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumata görə, seçki bülletenlərinin 99,1 %-i hesablanıb.


Son hesablamadan sonra Vladimir Putin (namizədliyi özü tərəfindənə irəli sürülüb) 87,33 %, Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) 4,31%, Vladislav Davankov ("Yeni İnsanlar") 3,79%, Leonid Slutski (RLDP) - 3,19 % səs toplayıb.
Популярный ролик