Kişidanın Almaniyaya səfəri tənqid edildi

Şimali Koreya Yaponiyanın baş naziri Kişida Fumionun Almaniyaya səfərini pisləyib.

Telexeber.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Pxenyan səfər zamanı imzalanan müqaviləni “müharibə cinayətləri törədən iki ölkə arasında gizli hərbi razılaşma” kimi qiymətləndirib.
O, eyni zamanda NATO-nun Hind-Sakit Okean regionundakı ölkələr, Şimali Koreya və ABŞ ilə əməkdaşlığı artırmaq üçün atdığı addımı pisləyib. Həmçinin Cənubi Koreya və Yaponiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün atdığı addımların “NATO-nun Asiya versiyasını yaratmaq cəhdi” olduğunu irəli sürüb.
Популярный ролик