​ABŞ və Cənubi Koreya arasında “Vaşinqton Bəyannaməsi” imzalandı

ABŞ və Cənubi Koreya arasında “Vaşinqton Bəyannaməsi” imzalanıb.

Telexeber.az xəbər verir ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol və ABŞ prezidenti Co Bayden tərəfindən imzalanan “Vaşinqton Bəyannaməs”ində Şimali Koreyanın təhdidlərinə qarşı ABŞ Hərbi Dəniz Qüvvələrinin Koreya yarımadasındakı fəaliyyətinin artacağı bildirilib. Prezident Yoon çıxışında Vaşinqton-Seul münasibətlərinə toxunub və Şimali Koreya təhlükəsinə qarşı atılacaq addımlardan danışıb. "Cənubi Koreya və Birləşmiş Ştatlar Şimali Koreyanın nüvə hücumu halında dərhal liderlər arasında danışıqlar aparmağa və alyansın bütün hərbi imkanlarından, o cümlədən ABŞ-ın nüvə silahlarından istifadə edərək, çevik, böyük və qətiyyətli addımlar atmağa razılaşıblar", - Yoon deyib.


Bayden isə bildirib ki, nüvə hücumu onu təşkil edən istənilən rejimin sonu olacaq. Bayden Seul və Vaşinqton arasında müdafiə ittifaqının güclü olduğunu ifadə edib.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol Vaşinqtona səfər edib.
Популярный ролик