Pxenyana məxsus dron Cənubi Koreya prezidentinin sarayına yaxınlaşıb
Facebook
Вконтакте
Одноклассники
Google+
Dekabrın 26-da Cənubi Koreyanın hava məkanını pozan Şimali Koreyaya məxsus pilotsuz uçuş aparatlarından birinin Prezident sarayının yaxınlığından uçduğu məlum olub.
Telexeber.az xəbər verir ki, “Yonhap” agentliyi rəsmi mənbələrə istinadən dronun Prezident sarayının ətrafındakı uçuşa qadağan edilmiş zonaya daxil olduğunu təsdiq edib. Adının açıqlanmasını istəməyən Cənubi Koreyanın hərbi nümayəndəsi bildirib ki, dron uçuşa qadağan edilmiş ərazidə 3,7 kilometr uçub. Məlumata görə, dron Cənubi Koreyaya ölkənin şimalından daxil olub. Lakin dron strateji təhlükəsizlik obyektlərinə yaxınlaşmayıb.
Qeyd edək ki, Şimali Koreyaya məxsus 5 PUA Cənubi Koreyanın hava məkanını pozub. Cənubi Koreya prezidenti Yoon Suk-yeol dronların hava məkanını pozmasından və onlara qarşı əməliyyatların uğursuzluğa düçar olmasından sonra silahlı qüvvələrin kəşfiyyat və müşahidə imkanlarınının təkmilləşdirilməsi barədə təlimatlar verib.