Çin və Rusiya hərbi təyyarələrini havaya qaldırdı - Cənubi Koreya və Yaponiya dərhal cavab verdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya və Çinə məxsus hərbi təyyarələr Asiya-Sakit okeanı bölgəsində birgə patrul uçuşları həyata keçirib.
Telexeber.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilir ki, təyyarələr Yapon dənizi və Çin dənizinin şərqində uçublar. Məlumata görə, bu zaman Yaponiya və Cənubi Koreyaya məxsus hərbi təyyarələr də Çin və Rusiya təyyarələrinin uçuşlarını izləyib. Uçuşlar zamanı heç bir ölkənin hava sərhədi pozulmayıb.