Türkiyə hərbi sənaye kompleksində yenilik - Özüyeriyən haubitsa
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin müdafiə şirkəti "Makine ve Kimya Endüstrisi" A.Ş. (MKE A.Ş.) hibrid ötürücü sistem və milli proqram təminatı ilə təchiz edilmiş 155 millimetrlik "Gürhan" özüyeriyən haubitsasının atış sınaqlarını uğurla başa çatdırıb.
Telexeber.az xəbər verir ki, bu barədə "Defence Turk" "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Sözügedən haubitsalar "Anzatsan Mühendislik" A.Ş tərəfindən istehsal olunur.