Azərbaycan və Türkiyə döyüş təyyarələri ilə bağlı saziş imzalayır
- 27.07.2023, 13:55,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabah, iyulun 28-də Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “TUSAŞ” şirkəti arasında hərbi-texniki əməkdaşlıqla bağlı yeni saziş imzalanacaq.
Telexeber.az xəbər verir ki, sənəd Türkiyənin milli döyüş təyyarəsi olan “KAAN”ın birgə təkmilləşdirilməsini nəzərdə tutur.
Müqavilə Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində imzalanacaq.
Xatırladaq ki, İstanbulda “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir. Azərbaycan da sərgidə təmsil olunur.
İyulun 26-də Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “TUSAŞ” şirkəti arasında “Su-25” modernləşdirməsi ilə bağlı müqavilə imzalanıb.
Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin