Netanyahu İrana xəbərdarlıq etdi
Facebook
Вконтакте
Одноклассники
Google+
“İsrail bütün cəbhələrdə İran və onun əlaltıları ilə qarşılaşmağa hazırdır”.
Telexeber.az “Report”a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.
“İran və onun əlaltıları İsrailin boynunda terror ilgəyini sıxmağa çalışır. Biz uzaqda və yaxında bütün cəbhələrdə onlara qarşı durmaq əzmindəyik. Bizə hücum edən hər kəs əvəzini ağır ödəyəcək”, - deyə o qeyd edib.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant İsrail ordusunun komandanlığı və təhlükəsizlik xidmətlərinin rəhbərliyi ilə İrandan hücum olacağı təqdirdə mümkün hərəkətləri müzakirə etmək üçün görüş keçirib.