İran 24 saat ərzində İsrailə hücum edə bilər - Blinken
Facebook
Вконтакте
Одноклассники
Google+
"İran və Hizbullah hərəkatı yaxın 24 saat ərzində İsrailə hücum edə bilər".
Telexeber.az xəbər verir ki, bunu ABŞ dövlət katibi ABŞ Dövlət katibi Entoni Blinken deyib.
Bildirilib ki, Blinken İran və Hizbullaha diplomatik təzyiq göstərmək üçün və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olacaq zərbənin gücünü minimuma endirmək məqsədilə G7 həmkarları ilə telefon danışığı aparıb.
Danışıqlarda ABŞ dövlət katibi mümkün hücumun nəticələrinin yumşaldılmasının regionda genişmiqyaslı müharibənin qarşısını almaq üçün ən yaxşı yol olacağını vurğulayıb.