ABŞ-dan ŞOK AÇIQLAMA: Bu ölkələr real ölü sayını gizlədir

ABŞ-dan ŞOK AÇIQLAMA: Bu ölkələr real ölü sayını gizlədirAmerika kəşfiyyatı Çinin yeni növ koronavirusa dair real rəqəmləri dünyadan gizlətdiyini iddia edən hesabat hazırlayıb.

Telexeber.az xəbər verir ki, bu barədə ABŞ-ın "Bloomberg" media orqanında yer alan xəbərdə deyilir. Sözügedən hesabat keçən həftə "Ağ Ev"ə təqdim edilib. Hesabatda Çinin ölkədəki koronavirus qaynaqlı yoluxma və ölü saylarını bilərək gizlətdiyinə dair sənədlər yer alıb.
Bildirilib ki, virusun 2019-cu ilin sonunda Vuhan şəhərindən başlamasından sonra sadəcə əlamətləri görülən xəstələr qeydə alınıb. Hubey əyalətindəki minlərlə cənazə görüntülərinin də şübhə yaratdığı qeyd edilib.

Xəbərdə həmçinin İran, Rusiya, Şimali Koreya, Səudiyyə Ərəbistanı və Misirin də açıqladığı rəqəmlərin şübhəli olduğu yazılıb.
Популярный ролик