İsrail Səhiyyə naziri və həyat yoldaşı koronavirusa yoluxdu

İsrail Səhiyyə naziri və həyat yoldaşı koronavirusa yoluxduİsrailin Səhiyyə naziri Yakov Litsman və həyat yoldaşı koronavirusa yoluxub.

Telexeber.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamada 71 yaşlı nazirin və xanımının koronavirus testlərinin pozitiv çıxdığı bildirilib. Onun vəzifəsinə evdən davam edəcəyi söylənilib.
Qeyd edək ki, İsraildə yeni növ koronavirusa yoluxanların sayı 6 min 92 olub. Virus səbəbindən ölənlərin sayı isə 26-dır.

Mənbə: bbc.com
Популярный ролик