Britaniyaya qanunsuz gedənlərin 10 faizi türkdür
Facebook
Вконтакте
Одноклассники
Google+
İngiltərədə qayıqla Manş boğazını keçən immiqrantların sayı ilin ilk yarısında rekord qırıb. Səhiyyə işçilərinin və tələbələrin müntəzəm miqrasiya ilə əlaqədar ölkəyə gəlişində azalma müşahidə olunub.
Telexeber.az xəbər verir ki, İngiltərə Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlara görə, ilk altı ayda ölkəyə kiçik qayıqlarla gələnlərin sayı keçən illə müqayisədə 18 faiz artaraq 13 min 489-a çatıb. İyun ayına qədər olan məlumatlara görə, İngiltərəyə qanuni icazə olmadan girən immiqrantların 81 faizi qayıqla gəlib.
Hökumətin qeyri-qanuni girişləri hesablamağa başladığı 2018-ci ildən bu yana 133 min insan bu yolla ölkəyə gəlib. Bu insanların 70 faizi kişilər, beşdə biri isə 18 yaşdan aşağıdır.
Bu ilin birinci yarısında ölkəyə qeyri-qanuni gələnlərin 18 faizi əfqanlardır, 13 faizi iranlı, 10 faizi vyetnamlı, 10 faizi türk, 9 faizi suriyalıdır.