"7.4 bal gücündə zəlzələ olacaq" - Türk ekspert xəbərdarlıq etdi
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bingöl-Karlıova-Erzincan bölgəsində ən azı 7.4 bal gücündə zəlzələnin baş verə bilər. Zəlzələ an məsələsidir. Tuncelidə də dağıdıcı zəlzələ gözlənilir".
Telexeber.az xəbər verir ki, bu sözləri zəlzələ mütəxəssisi və Yer Elmləri üzrə professor Naci Görür "Kanal Fırat" televiziyasında yayımlanan "Gündem" proqramında deyib. O, əraziləri konkret göstərməklə yaxın zamanlarda zəlzələ olacağı barədə xəbərdarlıq edib.
"Tuncelidə zəlzələ gözlənilir. Şimal Anadolu fayının ən şərq ucunda, Yedisu adlanan fayın ərazisində olacaq. Bu bölgə Erzincan və Bingölün Karlıova rayonları arasında yerləşir. Çox uzaq bir zamanda deyil. Əgər baş versə, 7 baldan yuxarı zəlzələ olacaq və çox dağıdıcı olacaq. Həmin ərazidə bina və əhali sıxlığı çox olmasa da, yenə də insan itkisi ola bilər. Mənim bu xəbərdarlığımı Tunceli və həmin bölgənin valiləri ciddi qəbul etdilər. Oradakı icra başçıları ilə də danışdım və onları xəbərdar etdim. Tuncelidə hazırda işlər aparırlar.
Karlıova fay xəttinin son zəlzələsinə gətirib çıxaran faydır. Bu fay Karlıova-Bingöl-Göynük xətti boyunca uzanır. Karakoçan, oradan Elazığ, Elazığdan Malatya və Hataya qədər uzanır", - deyə zəlzələ mütəxəssisi bildirib.