Livanda peycer partlaması nəticəsində ölənlərin sayı 12-yə çatdı

Livanda peycer partlaması nəticəsində daha bir nəfər ölüb.

Telexeber.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad bildirib.


Bildirilib ki, partlayış nəticəsində ölənlərin sayı 2-si uşaq olmaqla 12-yə yüksəlib.

Eyni zamanda, nazir yaralıların sayının 4 minə çatması barədə məlumatları təkzib edib.

Səhiyyə Nazirliyi rəhbərinin sözlərinə görə, təxminən 2,8 min nəfər yaralanıb:

"Beyrutda 1,8 min, Bekaada 850, ölkənin cənubunda 750 nəfər yaralanıb. 300-dən çox insan reanimasiyadadır. Onların bir çoxunun vəziyyəti son dərəcə ağırdır".

Qeyd edək ki, sentyabrın 17-də Livanda peycer partlayışları baş verib.
Популярный ролик