“Hizbullah” Livanın cənubunda İsrail əsgərlərini hədəfə aldı
Facebook
Вконтакте
Одноклассники
Google+
“Hizbullah” Livanın cənubundakı Yarun qəsəbəsinə partlayıcılarla sızmağa çalışan İsrail əsgərlərini hədəf aldığını açıqlayıb.
Telexeber.az xəbər verir ki, bu barədə “Hizbullah” təşkilatı açıqlama yayıb. Açıqlamada, İsrail ordusu birliklərinin Yarun qəsəbəsinin meşə sahəsinə soxulmağa çalışdığı açıqlanıb. Bildirilib ki, “Hizbullah” üzvləri xüsusi partlayıcılarla sızmağa cəhd edən İsrail əsgərlərini hədəf alıb. Açıqlamada İsrail əsgərləri arasında ölənlərin olduğu və hamısının vurulduğu bildirilib.
Qeyd edək ki, İsrail ordusunun Livanda quru əməliyyatlarına başladğı bildirilir.