İngiltərənin bəzi bölgələrində 5G texnologiyasına aid dirəklərə və baza stansiyalarına hücum edilib.
Telexeber.az xəbər verir ki, buna səbəb sosial mediada yayılan bir iddia olub. Belə ki, sosial şəbəkədə Çində meydana gələn yeni növ koronavirusun məhz 5G texnologiyası ilə bütün düyaya yayıldığı iddia edilib. Bu iddianın güclənməsindən sonra ölkənin Birmingem şəhəri başda olmaqla ölkənin bəzi yerlərində bu texnologiyaya aid stansiyalara hücum edilib. İngiltərədə hökümət səlahiyyətliləri bu iddiaları qəti şəkildə rədd ediblər. Nazir Maykl Qov bununla bağlı suala cavab verərkən bunun "boş söz və təhlükəli axmaqlıq" olduğunu bildirib.