O ölməyib, vəzifəsinin başındadır - İrandan gündəmi dəyişən açıqlama

Qüds qüvvələri komandanı Qaaninin öldürülməsi ilə bağlı iddialar doğru deyil.

Telexeber.az xəbər verir ki, İran İslam İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin koordinasiya zabitinin müavini İrec Mescidi belə açıqlama verib. O bildirib ki, Qaaninin səhhəti yaxşıdır və vəzifəsinə davam edir. Qüds Qüvvələrinin koordinasiya müavini İrec Mescidi ötən həftə Livanın paytaxtı Beyruta hücumdan sonra İsmayıl Qaanidən heç bir xəbər olmadığı barədə iddialara cavab verib. O deyib:
“Bir çox insan “General Kaaniyə nə oldu?” deyə soruşdu. Bizdən açıqlama verməmizi xahiş edir. Ancaq açıqlama verməyə ehtiyac yoxdur. Səhhəti yaxşıdır, vəzifəsini davam etdirir".

Qeyd edək ki, Qüds qüvvələrinin komandanı Qaaninin “Hizbullah”ın rəhbəri Həsən Nəsrullahın varisi hesab edilən Haşim Sefiyuddinlə birlikdə ötən həftə öldürülmüş ola biləcəyi iddia edilib.
Популярный ролик