Safadi 13 ton humanitar yardımla Livana getdi
Facebook
Вконтакте
Одноклассники
Google+
İordaniyanın xarici işlər naziri Ayman Safadi, 13 ton humanitar yardımla Livana gedib.
Telexeber.az xəbər verir ki, "Həmrəylik səfəri" çərçivəsində 13 ton yardım materialı daşıyan təyyarə ilə paytaxt Beyruta eniş edən Safadi, bir sıra görüşlər keçirib. Ayman Safadi livanlı həmkarı Necib Mikati ilə də görüşüb.
Görüşdən sonra təşkil edilən mətbuat konfransında Safadi İsrailin Livanda “Hizbullah”a qarşı apardığı müharibəyə reaksiya verərək, bunun Yaxın Şərqi geniş miqyaslı regional müharibənin uçuruma apardığını bildirib. Safadi bildirib ki, bölgə təhlükəli eskalasiya ilə üzləşmək üzrədir. Onun sözlərinə görə, İsrail regionun üzləşəcəyi hər hansı yeni eskalasiyaya görə məsuliyyət daşıyır.