BMT TŞ-dən İsrailə xəbərdarlıq
Facebook
Вконтакте
Одноклассники
Google+
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvləri BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə agentliyinin ləğv edilməsi cəhdlərinə qarşı olduqlarını bəyan ediblər.
Telexeber.az xəbər verir ki, İsrail parlamentinin agentliyin fəaliyyətinin dayandırılması barədə qərarından sonra BMT Təhlükəsizlik Şurasının 15 üzvü yazılı açıqlama verib. Bəyanatda BMT Təhlükəsizlik Şurasının üzvlərinin agentliyinin əsas rolundan xəbərdar olduqları vurğulanıb və agentliyin Qəzzaya humanitar yardımın əsasını təşkil etdiyi qeyd edilib.
Açıqlamada, İsrail hökuməti beynəlxalq öhdəliklərinə əməl etməyə çağırılıb və bütün tərəflərdən agentliyin üzərinə düşən vəzifəni yerinə yetirməsinə icazə verməsi istənilib.