Kavelaşvili ​613 nəfəri əfv etdi

Gürcüstanda 613 məhbus əfv edilib.

Telexeber.az xəbər verir ki, bununla bağlı ölkə prezidenti Mixeil Kavelaşvili sərəncam imzalayıb.
O, bu barədə feysbuk hesabında yazıb.

Sərəncam bu gün Gürcüstanda qeyd olunan “Natlisğeba” (xaç suyuna çəkmə) bayramı ilə əlaqədar verilib.

“Rəbbin Vəftizi pravoslav xristian bayramı ilə əlaqədar olaraq, mən konstitusiya səlahiyyətlərimdən istifadə edərək 613 məhbusu əfv etdim. Əfv olunan məhbuslara ailələrinə qayıtmaq və cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı verilir”, - deyə Kavelaşvili qeyd edib.

Dövlət başçısı bildirib ki, əfv olunmuş şəxslərə öz ailələrinə qayıtmaq və yenidən cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı yaradılıb.
Популярный ролик