Zelenskinin Ramazan təbriki

Ukrayna Prezidenti Volodimir Zelenski Ramazan bayramı münasibətilə təbrik mesajı yayımlayıb.

Telexeber.az xəbər veriri ki, prezident "X" hesabında 3 dildə - türk, ərəb, ingiliscə bayram təbriki yazıb.
"Ukrayna və bütün dünya müsəlmanları Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bayram xeyirxah əməllər, ehsan və həmrəylik üçün mübarək bir vaxtdır. Qoy bu Ramazan bayramı bizi ədalətli, şərəfli və davamlı sülh kimi ümumi hədəfimizə yaxınlaşdırsın.

Bütün ailələrə sülh, firavanlıq və əmin-amanlıq arzulayıram. Bu gün qəlbləriniz iman, ümid və xeyirxahlıq nuru ilə dolsun.

Mən Ukraynanın müdafiəsində göstərdikləri müqavimətə görə Ukraynadakı müsəlman icmasına təşəkkür etmək istərdim. Mən Ukraynanı dəstəkləyən hər kəsə, ön cəbhədə humanitar yardım və ya dua ilə töhfə verən hər kəsə minnətdarlığımı bildirmək istəyirəm.

Bayramınız mübarək! Bayramınız mübarək!"
Популярный ролик