Dünyada koronavirusdan ölənlərin sayı 313 mini ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 313 mini ötdüDünyada yeni növ koronavirusa yoluxanların sayı 4 milyon 721 min 851 nəfərə çatıb.

Telexeber.az xəbər verir ki, virusdan ölənlərin sayı 313 min 360 nəfərdir. İndiyədək 1 milyon 812 min 164 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.
Популярный ролик