Türkiyədə son sutkada koronavirusdan 1 321 nəfər sağalıb
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Telexeber.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 369 nəfərə çatıb.
Onun sözlərinə görə, yoluxanların ümumi sayı 157 814 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 321 nəfər olmaqla 120 015 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 31 492 test aparılıb.