Kim Çen İn və qızı diqqət çəkdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen İn döyüş və istismar imkanlarının qiymətləndirilməsi üçün sınaqlardan keçirilən ölkənin Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus "Kang Kon" esminesinə baş çəkib.
Telexeber.az Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, Şimali Koreya lideri gəminin hərəkət sınaqlarını izləyib.
O həmçinin gəminin idarəetmə mərkəzinin, növbətçi postların işi, eləcə də silah və avadanlıq sistemlərinin sınaq planları ilə tanış olub. Onu hərbi rəhbərliyin, müdafiə sənayesinin və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin nümayəndələri müşayiət ediblər.
Sınaqlar zamanı esminesin manevr qabiliyyəti, idarəetmə sistemi və digər əməliyyat xüsusiyyətləri yoxlanılıb. KMTA-nın məlumatına görə, gəmi müəyyən edilmiş tələblərə uyğunluğunu nümayiş etdirib.
Kim Çen İn HDQ-nin gələcək inkişaf planları barədə açıqlama verib. Söhbət xüsusilə donanmanın modernləşdirilməsi proqramı çərçivəsində su tutumu 10 min tona qədər olan yeni esmineslərin inşasından və sualtı silahların hazırlanmasından gedir.
KXDR lideri "Kang Kon" və "Choe Hyon" esmineslərinin yaxın vaxtlarda HDQ-nin tərkibinə təhvil verilməsi üçün onların sınaqlarının başa çatdırılmasını sürətləndirməyi tapşırıb.