İran ABŞ-ni ittiham etdi: Bölgədə gərginliyi artırır

İran Xarici İşlər Nazirliyi ABŞ-ın bölgəni yenidən münaqişə mühitinə sürüklədiyini bəyan edib.

Telexeber.az xəbər verir ki, Nazirliyin yaydığı açıqlamada bildirilib ki, Vaşinqton İranla əldə olunmuş atəşkəsi pozaraq Yaxın Şərqi yeni risklərlə üz-üzə qoyub.
ABŞ-nin hərəkətlərinin regional sabitliyə təhlükə yaratdığı vurğulanıb.

Tehran bölgə ölkələrini İran əleyhinə yönəlmiş hər hansı hücum xarakterli fəaliyyətlərin həyata keçirilməsi üçün ABŞ-a öz ərazilərindən və ya hərbi obyektlərindən istifadə etməyə imkan verməməyə çağırıb.

Açıqlamada qeyd olunub ki, “Bu qanunsuz hərəkətlərin nəticələrinə və mümkün eskalasiyaya görə məsuliyyət ABŞ hökumətinin üzərinə düşəcək. İran öz suverenliyini və milli maraqlarını mövcud olan bütün imkan və vasitələrlə müdafiə edəcək”.

İran tərəfi həmçinin bildirib ki, ölkənin təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı yönələn istənilən addıma adekvat cavab veriləcək.
Популярный ролик